29.03.2024

Ağdaş veteranları məktəbdə görüş keçirdilər

AVMVİB Ağdaş rayon şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonu Binələr kəndində tədbir keçirilib.


Tədbirdə AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, AVMVİB-nin Ağdaş rayon şöbəsi sədrinin 1-ci müavini Mehman Məmmədov, AVMVİB Ağdaş rayon şöbəsinin fəalları olan Qarabağ qaziləri Etibar Həmidov, Əflatun Məmmədov, Teymur Yusifov, Araz Səmədov, Habil Cəfərov və Ağdaş rayon Binələr kənd Bələdiyyəsindən Sənani Yusifov, Sucəddin Əhmədov, Binəli kənd İbtidai məktəbinin direktoru Ülfət Kərimov iştirak etdilər.


Daha sonra AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimizdən, müharibə veteranlarından, dövlətimizin apardığı siyasətdən məlumatlar verərək, AVMVİB Ağdaş rayon şöbəsinin 25 illik fəaliyyətindən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq AVMVİB rayon şöbələri bu tip görüşləri mütamadi olaraq keçirməyi qərarlaşdırıb.


Tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Müzəffərovun qardaşı Nazim Mühərrəmov çıxış edərək, belə görüşlərin keçirilməsini təqdir etdi.


Müharibə veteranı Mürvət Orucov «Müharibə veteranı» və döş nişanı ilə təltif edildi.


Habil Cəfərov


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: