16.04.2024

Kimsəni dinləmədən yardım üçün suya atılan veteranımız…

Elmar Məmmədov AVMVİB Goranboy rayon şöbəsinin sədridir. Qarabağ uğrunda bir əsgər kimi mərd və cəsurcasına vuruşub. Qorxmaz döyüşçü E. Məmmədov bu yay iti axını olan kanalda batmış iki uşağın sudan çıxarılmasında kimsəyə qulaq asmadan suya atılması ilə çoxlarının heyrətinə səbəb olmuşdu.


Yəqin ki, vaxtında burada olsaydı o iki gəncimiz sağ olaraq xilas edilərdi. Elmar Məmmədov bu əməliylə bir daha sübut etdi ki, əsil döyüşçülər, həm ön cəbhədə, həm də dinc həyatda bu cəmiyyət üçün ən faydalı olan insandır.


O iki yeniyetməyə Allahdan rəhmətlər diləyirik.


Həvəskarların çəkdiyi videonu diqqətinizə çatdırırıq:

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: