19.04.2024

Ermənistan prezidenti Şuşaya gəldi – məşhur Bakı ermənisi ilə rusca danışdı…-FOTO+VİDEO

Bu qoca erməni 1988-ci ildə Bakıdan məxfi geoloji materialları çemodanlarla Moskvaya aparıb…

Dünəndən Azərbaycanın işğal altındakı torpaqlarında səfərdə olan düşmən ölkə lideri Armen Sarkisyan bu gün Şuşaya da olub.


Moderator.az xəbər verir ki, Xankəndidəki  saytların yaydığı məlumata görə,  Ermənistan prezidneti arvadı Nune Sarkisyanla birgə bu qədim Azərbaycan şəhərində 2014-cü ildə tanınmış  errməni geoloq Qriqori Qabrielyants  tərəfindən yaradılmış geologiya muzeyində olub. Armen Sarkisyan əslən Bakıdan olan  keçmiş SSRİ-nin geologiya naziri(1989-1991-ci il) işləmiş, hazırda separatçı rejim başçısının məsləhətçisi olan Q.Qabrielyantsla rus dilində danışıb. Q. Qabrielyants Ermənistan başçısını Şuşa geologiya muzeyindəki eksponatlarla tanış edib… 


Ermənistan prezidenti Şuşadakı erməni kilsəsini də ziyarət edib, dua oxuyub, şam yandırıb…


P.S. Bir daha xatırladaq ki,  adı çəkilən 85 yaşlı  tanınmış erməni geoloq Qriqori Qabrielyants 1934-cü ildə Bakıda anadan olub və 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Əlimizdə olan məlumata görə,  1980-ci illərdə Moskvadakı Ümumittifaq Geofiziki Kəşfiyyat Metodları İnstitutunun Bakı filialının direktoru olmuş bu qoca erməni mütəxəssis 1988-ci ildə Bakıdan çıxarkən geologiya nazirliyinin və digər laboratoriyalardan oğurladığı Azərbaycanın, xüsusən Qarabağ və ətraf rayonların ərazilərindən toplanmış mineral və filiz nümunələrini, eləcə də məxfi geoloji xəritələri çemodanlara yığaraq özü ilə qatarla Moskvaya aparıb. Nəticədə ermənilər həmin materiallardan yararlanaraq öz xarici havadarlarının patronajlığıyla işğal etdikləri torpaqlarımızın yeraltı sərvətlərini 3-cü onillikdir ki, istismar edirlər. Və bizim populist çıxışlar çoxaldıqca bundan sonra da davam edəcəklər…


Sultan Laçın


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: