28.03.2024

Qarabağda ermənilər AYAĞA QALXDI: Etirazlar davam edir

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilər etiraz aksiyalarına başlayıb.

Publika.az
 xəbər verir ki, etirazçılar işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən yaradılmış qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanın tərəfdarlarıdır.

Onlar Babayanın qondarma rejimin gələn il keçiriləcək “prezident seçkilərində” iştirak edə bilməsi üçün vətəndaşlığının bərpa edilməsini tələb edirlər.

Qeyd edək ki, bu ilin fevralında Babayan separatçı rejimin “prezidentliyinə” namizədliyini açıqlayanda onun vətəndaşlıqdan məhrum edildiyi məlum olub. Buna səbəb onun Sarkisyanın dövründə prezidentə sui-qəsd cəhdində ittiham edilməsi idi. Vətəndaşlıqdan məhrum edilməsi onun “seçkilərdə” iştirakının qarşını alır, lakin Babayan və tərəfdarları məhkəməyə müraciət edərək, bu əngəli aradan qaldırmaq istəyirlər.

“Mən ümid edirəm ki, indiki hakimiyyət keçmiş hakimiyyətdən fərqli olaraq, bu cinayəti dəstəkləməyəcək”, — Babayan bildirib.

Babayanın mətbuat xidmətinin bəyanatında deyilir ki, “Kuluarlarda məhkəməyə məsələ ilə bağlı mənfi qərar çıxarılması üçün təzyiq edilir. Bu yolverilməzdir”.

Bundan sonra Babayanın tərəfdarları işğal altındakı Xankəndində etirazlara başlayıblar.|Publika.az|

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: