29.03.2024

AVMVİB Tovuz rayon şöbəsi üzvləri məktəbdə olublar

AVMVİB Tovuz rayon şöbəsindən verilən məlumata görə bölgə veteranları məktəblilərlə görüşüblər.


Tovuz rayon Təhsil şöbəsinin Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin kollektivinin təşkilatçılıqı ilə məktəbdə 11-ci siniflərlə bilik yarışması kecirilib.


Qaliblər medallarla və Fəxri Fərmanlarla təltif olundular.


Bilik yarışmasının qalibi Mirzəyev Kamandar Rövşən oğlu oldu. Məktəbin direktoru və hərbi hazırlıq müəllimi Fəxri Fərmanla təltif olundular.


Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev və idarə heyətinin üzvləri belə tədbirlərin keçirilməsinə görə, Tovuz rayon Təhsil şöbəsi rəhbərliyinə öz təşəkkürlərini bildirirlər.


Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: