18.04.2024

Paşinyanın Annası kişilərlə qucaqlaşıb rəqs etdi — 700 milyon topladı…- FOTOLAR

Dekabrın 14-də İrəvanda işğalçı ölkə baş naziri N.Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Mənim addımım” və “City of Smile”(“Təbəssümlər şəhəri”) fondlarının ənənəvi təntənəli şam ziyafəti keçirilib.

Moderator.az xəbər verir ki,  Ermənistan saytlarının yaydığı məlumata görə, tədbirdə bir sıra tanınmış erməni sənət adamları, bəstəkarlar iştirak edib. Paşinyanın arvadı kişilərlə qucaqlaşaraq rəqs edib, yeyib-içib, şənlənib.

Bir il yarımdır ki, fəaliyyət göstərən fondların bu dəfəki şam yeməyində  700 milyon erməni dramı(təxminən 1 milyon 465 min ABŞ dolları) toplanıb.
Sultan Laçın

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: