19.04.2024

İşgəncəylə öldürülən şair

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

Şeirləri 1913-cü ildən çap edilmişdir.

Gəncə Gənclər Təşkilatının aktiv üzvü olmuş, Qardaş köməyi xeyriyyə cəmiyyətində fəaliyyət göstərmişdi.

Bir müddət o Müsavat partiyasının üzvü olmuşdur və hətta 1923-cü ildə onu dövlətə qarşı gizli fəaliyyətdə və «Müsavat» partiyasının rəhbərlərindən olan Mirzəbala Məmmədzadənin хaricə qaçırılmasında хüsusi rolunun olmasında ittiham edərək həbs etmişdilər. Sonradan elə həmin ildə deklorasiya altında azad edilmişdir

1925-ci ildə Ə.Cavad qələmə aldığı «Göy-göl» şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Damğaya səbəb şairin yazdığı bu misralardır:

Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya!
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl.

Milli ruhda şeirləri ilə seçilən Əhməd Cavad Qubada M.C.Bağırovla birlikdə müəllim işləsə də bu onu Bağırovun qanlı əllərindən xilas edə bilməmişdi. Mir Cəfər Bağırov 1956-cı ildə öz məhkəməsində Əhməd Cavadın güllələnmədiyini həbsxanada işgəncələrə dözməyərək dünyasını dəyişdiyini deyib.

Bəziləri isə şairin diri-diri divara hörüldüyünü deyir.


Azərbaycan bayrağına

Türküstan elləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım
Üç rəngin əksini Quzğun dənizdən,
Ərməğan yolla sən yara, bayrağım.

Köksümdə tufanlar gəldim irəli
Öpüm kölgən düşən mübarək yeri
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda aya, bayrağım.

Ə.Cavad: şeiri 1919-cu ildə Parlaman binası üzərində dalğalanan milli bayrağa söyləmişdim./Difai Təşkilatı Fb/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: