Rusiya şəhərlərinin yerli hakimiyyətləri erməni diasporunun çəngində

Krasnodarda yerləşən Armavir şəhər prokurorluğuna, faşist Qaregin Ter-Harutyunyana (Njde) aid xatirə lövhəsinin yığışdırılması barədə vətəndaşların kollektiv müraciəti daxil olmuşdu. Yerli erməni kilsəsinin ərazisində 2012-ci ildə xatirə abidəsi qurulduğu məlum olmuşdu. Bu barədə «Krasnaya Vesna» xəbər agentliyi məlumat yayıb.

«Bu müraciət, regional və baş prokurorluğa göndərilsə də, təqdim ediləndən bir il vaxt keçsə də, hələlik heç bir tədbir görülməyib. Radikal millətçilik ideoloquna aid xatirə lövhəsi elə asıldığı yerdə də durur — deyə media yazır. Onlar, Njdenin Üçüncü Reyxə xidmət göstərməsinə, dırnaqarası baxaraq, onun şəklini bu faşist işğalçılar ilə mübarizə aparmış Sovet İttifaqı qəhrəmanlarının fotoları ilə bir yerdə asılıb.

Şəhər prokurorluğu bu baxımdan vətəndaşların kollektiv müraciətinə xüsusi bir şəkildə reaksiya verdi. Armavirlərin müraciəti şəhər rəhbərliyinə yönəldildi və prokurorun «işi» bununla da sona çatdı. Krasnodar vilayətinin Prokurorluğu əslində bu müraciətdə olan müəyyən faktları yoxlamalı və təsdiq olunardısa prokurorluq cinayət işi başlamalıydı.

Şikayətçiləri Armavir şəhərinin prokurorunun bildirişi çox gözləmədi. 
Amma Prokurorun hadisə ilə tanış olub-olmaması və ya faktları necə 
qiymətləndirilməsi gizli qaldı…

Bu işdə Armavir bələdiyyəsinin mövqeyi ikiüzlü xarakter daşıyır, şəhər rəhbəri Vladimir Pavlyuchenkovun məsləhətçisi Njdeyə aid xatirə lövhəsinin açılışında iştirak etməsi faktını xatırlatmaq kifayətdir — deyə, «Красная весна»-yazmışdı. Münasibət qeyri-səmimi görünür və Armavir şəhər Administrasiyasının məsələ ilə bağlı yanlış mövqeyi davam etməkdədir. 2017-ci ildə isə şəhər səlahiyyətlilərinin bu xatirə lövhəsinin quraşdırılması ilə heç bir əlaqəsi olmadığını və xatirə lövhəsinin özünün xüsusi bir ərazidə olduğunu söyləməkdədirlər.

«Armavinin prokurorluğundan şəhər idarəsinə apellyasiya şikayəti verildikdən sonra, şikayəti nəzərə almışdılar. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Əsas Məlumat və Analitik Mərkəzinə bir müraciət göndərildi. Xatirə lövhəsinin sökülməsi ən azından cinayət işi üzrə qeydiyyat kartının olması ilə həyata keçirilə bilərdi. Bununla yanaşı, Baş İnformasiya Mərkəzi Njde haqqında məlumatlarının olmadığını bildirib.

Lakin müraciət müəllifləri sakitləşmədi. Bir müddətdən sonra yenə də Nijdenin cinayət işi üzrə qeydiyyat kartının Vladimir bölgəsi üzrə Rusiya Daxili İşlər Nazirliyində olduğunu öyrənməyə müvəffəq oldular. Onlara bildirildi ki, 1948-ci ilin aprelində erməni faşisti Njde SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xüsusi bir toplantıda məhkum edilmiş və 25 il azadlıqdan məhrum edilmişdi. 21 dekabr 1955-ci ildə Ter-Arutyunyan Vladimir rayon Daxili İşlər Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində ölmüşdür. Həmçinin Vladimir rayon Daxili İşlər şöbəsindən «ölən məhbusun kartının surətini prokurorluq xahişi ilə göndərilə bilər» kimi arayış da alınıb.

Yəni, nə şəhər rəhbərliyi, nə də hətta fərdlər, alfabetik hesab kartının bir nüsxə surətini ala biləcəklər, çünki onların istinad qeydlərini saxlamaq və istifadə qaydalarını tənzimləyən bir sıra normativ sənədlər var.

Buna baxmayaraq, Armavir Prokurorluğu işi bağlamaqdan imtina etdi və həbs kartını irqçi və ekstremist Njdeyə aid lövhəni sökmək lehinə güclü bir sübut ola biləcək bir qeydiyyat kartı almaq səlahiyyətini imtina etdi.

Rusiya şəhərlərinin yerli hakimiyyətləri erməni diasporunun çəngində

«Bu vəziyyətdə bir şey qalır — Armavir şəhərinin prokurorluğundan yuxarı orqanlara şikayət etmək-deyə «Красная весна» israr edir. Qeydiyyat kartı hazırda məhkəmədə şahid ola biləcək yeganə arxiv sənədidir, çünki Njdenin fəaliyyətinə dair sorğu səkkiz Rusiya arxivinə göndərilmişdi. Təşəbbüs qrupunun üzvlərinin sorğusuna Rusiya arxivləri müsbət cavablar vermədilər.

Daha əvvəl Kurginyan ermənilər üçün gözlənilməz bir bəyanat vermişdi ki, 1988-ci ildə Sumqayıt şəhərinin erməni sakinləri «azərbaycanlılar tərəfindən yox, xarici şəxsi qurumların nümayəndələri tərəfindən qətl edilmiş, kənar şəxslər tərəfindən öldürülmüşdür. Onlar erməniləri öldürüb azərbaycanlıların üzərinə, sonra da azərbaycanlıları öldürüb ermənilərin üzərinə atdılar. Beləliklə də azərbaycanlıları və erməniləri qarşıdurmaya məcbur etdilər və nəzarətdən çıxmış gərginlik başlandı, hamımız bunu gördük, arxasında kimlərin olduğunu gördük».

«Kurginyan, bu bəyanatı ötən ilin martında — Ermənistanda yenidən Sumqayıtda baş verən faciəli hadisələri «erməni soyqırımı» kimi təqdim etməyə cəhd göstərdikləri zaman vermişdi.

Faşist Njdenin əməlləri haqqında bu arxivlərdə heç bir məlumat yox idi. Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətində arxiv sənədlərinin surətlərini əldə etmək mümkün deyildi, çünki orada Nasistlərin əlaltısı artıq erməni faşistləri tərəfindən xüsusilə sevilən, radikal erməni millətçiliyinin ideologiyasına uyğun milli qəhrəman, millətin xilaskar və ruhani lideri elan olunmuşdu. Artıq onun tərəfdarları və ardıcılları Rusiyaya da eyni şəkildə təsir etməyə çalışırlar ki, rəqibləri ona aid arxiv sənədlərini əllərindən əllərinə almağa imkan yaranmasın, onların haqlı olması məhkəmədə üzə çıxmasın.

Rusiya şəhərlərinin yerli hakimiyyətləri erməni diasporunun çəngində

Belə ki, Vladimir vilayət Daxili İşlər Nazirliyinə Njdenin cinayət işi üzrə qeydiyyat kartının surətini tələb etməkdən imtina etməsiylə, Armavir prokurorluğu «kimin dəyirmanına su tökməsi» çox maraqlıdır.

Maraqlıdır ki, Armavir prokurorluğunun hərəkətsizliyini araşdıran «Красная весна» İnformasiya Agentliyinin təsisçisi, Rusiyanın erməni əsilli siyasətçisi Sergey Kurginyandır.

Njdeyə də, 2017-ci ilin sonunda Rusiyanın Müdafiə Nazirliyinin rəsmi orqanı olan «Zvezda» telekanalının hazırkı prezidenti Serj Sarkisyanın şəxsən iştirak etdiyi faşist Njdenin şərəfinə abidənin açılışına görə rəsmi İrəvanı sərt tənqid etmişdi.

Lakin sonradan, Rusiyanın erməni lobbisinin təzyiqi ilə, proqramın sahibi Veronika Kraşeninnikova və «Zvezda» telekanalı onlardan üzr istəməyə məcbur olmuşdu …

Mənbə: Gradator

Tərcümə Veteran.az-a məxsusdur

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •