20.04.2024

Deputat: «Ermənistan cəmiyyəti yaxşı yaşamaq üçün dəyişiklik edib»

«Ermənistanda hökumət ictimaiyyətə ardıcıl olaraq məhkəmə prosesi və həbslər yedizdirir, ancaq əhali hakimiyyəti belə şoulara baxmaq üçün deyil, yaxşı yaşamaq üçün dəyişdirib”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyası və ya «Sarukyan» parlament fraksiyasının deputatı Gevork Petrosyan ölkəsindəki vəziyyət barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cinayət işinin başlanması ilə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın ağzını yummaq istəyirlər.|Report|

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: