28.03.2024

Şəhid övladlarının çıxışı Mehriban Əliyevanı kövrəltdi (VİDEO)

Ali Baş Komandanı şəhid övladları qarşıladı…

Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – «Bakutel-2019” ilə tanış olublar.


Sərgidə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin «ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar.


Aprel döyüşlərində şəhid olan —  mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin, Polkovnik Vüqar Yusifovun qızı Pilot Ayan Yusifzadə, kapitan Mühid Orucovun oğlanları pilot Oruclu Anar və Vüqar, mayor Elnur Əliyevin oğlu pilot Əlizadə Elxan, polkovnik Vüqar Yusifovun qızı Pilot Yusifzadə Aytən, kapitan Mühid Orucovun oğlu, pilot Oruclu Vüqar və AREA əməkdaşı, aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan kiçik çavuş Süleymanov ölkə başçısına məruzə ediblər.


Şəhid övladlarının çıxışından sonra birinci xanım Mehriban Əliyeva kövrəlib.


Sözügedən pavilyoda Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları xüsusi texnikalar vasitəsilə Lələtəpə yüksəkliyi işğaldan azad edilməsini əks etdirən səhnəcik nümayiş etdiriblər.


Bundan sonra şəhid, mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin ölkə başçısına «Cənab Ali baş komandan Lələtəpə azad olunmuşdur, Qarabağ üçün əmirinizi gözləyirik” deyə, məruzə edib.


Bu çıxışı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva alqışlarla qarşılayıblar.


Qeyd edək ki, «Zəfər» Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da iştirak edib.

Sözlə ifadə edilməyəcək bir səhnəAllah şəhid qardaşlarımıza rəhmət eləsin.

Posted by Tofiq ShahMuradov on 5 dekabr 2019, Cümə axşamı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: