Məcburi köçkün məktəbinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib — FOTOLAR

20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar Bakı şəhər Sabunçu rayonu ərazisində yerlşən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin müəllimləri və şagirdləri «Şəhidlər xiyabanı»nı ziyarət ediblər

Məktəbin direktoru şəhid bacısı Həqiqət Məmişova bildirib ki, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması üçün Şəhidlər xiyabanına təşkil olunan ziyarətlərin böyük əhəmiyyəti var. Məktəblilər hər zaman vətənlərini sevməlidirlər. Onlarla bu yöndə maarifləndirmə işləri aparılmalıdır.

Daha sonra diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirib. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs də məhz ümummilli lider Heydər Əliyev olub. O, 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Bu gün Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyev də 20 yanvar facisəində şəhid olan bacı-qardaşlarımızın yaxınlarına, əzizlərinə daim diqqət göstərir.

Şagirdlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsinə şeirlər ifa ediblər. Vətən uğrunda şəhid olanların məzarlarına tər çiçəklər qoyulub, xatirələri ehtiramla yad edilib. 

Müəllif: Azər BAYRAMOV

Xəbərə aid digər fotolar

Məcburi  köçkün məktəbinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib- FOTOLAR

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •