Türkiyənin himni ayaq üstə oxunar…VİDEO

Alman ZDF Televiziyasında Tomas Gottschalkın «Wetten Das»? (Mərc gəlirsənmi?) Müsabiqə proqramına müraciət edən İsveçrəli Michael Sauser, 188 ölkənin not ilə birlikdə dövlət himninin səsləndirə biləcəyini iddia etdi.

Müsabiqə üçün müraciət qəbul edildi və yarışma günü münsiflər heyəti tərəfindən seçilən beş ölkənin dövlət himninin oxunması qərara alındı.

Seçim edildi, oxunacaq ölkələrin himnləri; Çin, Misir, Tayland, Bosniya-Herseqovina və Türkiyə idi.

Maykl Sauser ilk dörd ölkənin marşını uğurla oxuduqdan sonra münsiflər heyəti bununla kifayətləndilər və o, yarışmada qalib gəldi. Münsiflər Türkiyənin dövlət himninin oxumağa ehtiyac olmadığını söylədi. Ancaq Michael Sauser «Xeyr, Türkiyə bayrağını seçdiyiniz üçün, Türkiyənin dövlət himnini səsləndirmək istəyirəm» -dedi.

Buna görə də münsiflər heyəti və prodüser istəyi qəbul etməli oldu. Orkestrin hazırlandığı zaman Maykl Sauser salona qayıdıb dedi: «Amma ki, Türkiyənin dövlət himni ayaq üstdə oxunur; Xahiş edirəm salonda əyləşənlər ayağa qalxsın» -dedi.

İştirakçılar arasında çaşqınlıq yaransa da qısa müddətdə Maykl Sauserin tələbini yerinə yetirmək üçün ayağa durdular və Michael Sauser öz gözəl aksenti ilə türk dövlət himnini səsləndirdi.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •