28.03.2024

Şöbə sədri biganəlikdən gileyləndi

Sosial şəbəkədə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev həmyerlilərinə müraciət ünvanlayıb. Azad Musayev öz müraciətini facebook səhifəsində paylaşıb. Müraciətin mətnini təqdim edirik:


«Hörmətli Zəngilanlılar və əziz Dostlar!
10 dekabr 2019- cu ildə Şəhid Adil Rüstəmovun xatirəsinə həsr olunmuş Futbol Turnirinin Final oyunu və Mükafatlandırma Mərasimi keçiriləcəkdir.


Gəlin, həm oyuna baxın, həm də mükafatlandırılma tədbirində iştirak edin.
Bilmirəm, niyə bu qədər passivsiniz? Niyə Şəhidimizi Azərbaycana tanıtmayaq? Niyə 157 km Ermənistanla sərhəd olan Zəngilan rayonunda Milli Qəhrəman yoxdur?


Həm 157 kilometr öz sərhəddini qorudu, həm Qubadlı, həm Cəbrayıl rayonunun sərhədlərini. Bir polk ilə harda döyüş gedirdisə, ora əsgər göndərərək öz sərhədlərini də qoruyurdu, Zəngilan Polisinin dəstəyi ilə.
Bu gun biz bir zəngilanlı olaraq öz tədbirlərimizə də qatılmırıq. Niyə?
Turnirin Açılış mərasimini keçirtdik. Şükür Allaha çox yüksək səviyyədə keçirtdik. Amma gündə Feysbukda vətənpərvərlikdən dəm vuran, nə bir qardaş, nə də bir bacı qatılmadı bu tədbirə. Budurmu, sizin vətənpərvərliyiniz? Budurmu, Zəngilana qayıtmaq istəyiniz?
Bəlkə də məni qınayacaqsınız. Amma belə Vətənpərvərlik lazım deyil bizə. Bizə Zəngilanı hər yerdə tanıtmaq lazımdır. Bu turnirdə 8 komanda oynayır. Ümumilikdə 130 nəfər uşaq. Hər ailəni 5-ə vursan ən azı min nəfər olar. Bu turnirdə oynayanların ailələrinin Zəngilan barəsində təsəvvürü olacaq və TV kanallarında bu turnir barədə xəbərlər gedəcək.


P.S. Zəngilanın İş adamları bu barədə maddi dəstək verməsə də biz Zəngilan üçün keçirdik. Cənub bölgəsindən bir dostumuzun sayəsində biz bu tədbiri keçirdik.
Azad MusayevAVMVİB Zəngilan rayon şöbəsinin sədri»

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: