20.04.2024

AVMVİB 20 yanvarla bağlı tədbirlərə start verdi

AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanovun verdiyi xəbərə görə, 15 yanvar 2019-cu ildə rayon veteranları 20 Yanvar faciəsiylə bağlı 5 saylı Hacıqabul orta məktəbində tədbir keçirdilər. Tədbirdə AVMVİB Hacıqabul rayon veteranları ilə yanaşı, təşkilatın fəxri üzvü Yaqub Teymurov, məktəbin müəllim və şağird kollektivi iştirak edirdilər. Tədbirdə şəhidlərimiz anılıb və onların uca mövqeləri dualarla anılıb.

***
AVMVİB Hacıqabul rayon şöbəsinin üzvü olan müharibə veteranları 16 yanvar 2019-cu ildə Hacıqabul rayonu 8 saylı məktəbdə 20 Yanvar faciəsiylə bağlı tədbir keçirdilər.

Tədbirdə AVMVİB Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanov, AVMVİB fəxri üzvü Yaqub Teymurov, 8 saylı məktəbin direktoru Xuraman Talıbova, məktəbin hərbi hazırlıq müəllimi Ramil İbişov və məktəbin müəllim, şagird kollektivi iştirak edirdilər.

Tədbir şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalarla davam etdirildi.

Xəbərə aid digər foto

AVMVİB 20 YANVARLA BAĞLI TƏDBİRLƏRƏ START VERDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: