20.04.2024

Bakıda Türkiyənin iki şəhid-hərbçisinin büstü hazırlanıb

Fedai.az-ın məlumatına görə, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərən Ömər Halısdemirin və Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi antiterror əməliyyatında şəhid olan Səfa Fındığın xatirələri əbədiləşdirilib. Mübariz İbrahimov adına rəsm qalereyasının yaradıcısı Namiq Əliyev, bu addımı Türkiyədə bizim qəhrəmanımız Mübariz İbrahimova göstərilən doğma münasibətə görə atdıqlarını deyib.


Türkiyənin qəhrəmanlarının büstləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına muzeydə qoyulub.


Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhu ehtiramla anılıb.


Tədbirdə AVMVİB sədri Füzuli Rzaquliyev, Qazilər Birliyinin sədri Asəf Əliyev, 20 Yanvar cəmiyyətinin sədri Soltan Əzimzadə, hərbçi-diktor Şəmistan Əlizamanlı, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, türkiyəli professor Kəmaləddin Tok və ictimaiyyət nümayəndələri şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan xatirələrini bölüşüblər.

Hərbi-vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı mahnı səsləndirib.

N. Məmmədli



Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: