AVMVİB Nəsimi rayon şöbəsi tədbirdə iştirak edib

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə, Qazaxstanın ölkəmizdəki səfirliyində yazıçı, «Azərbaycan dünyası» jurnalının redaktoru və Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılın 70 illik yubileyi keçirilib.

E. Hüseynov deyib: «Azərbaycan Dünyası» jurnalının təxminən 1 ilə yaxındır hazırlanma mərhələsində olan xüsusi buraxılışı  N. Nazarbayevə həsr olunub.

«Dədə Qorqud» Milli Fondunun və «Azərbaycan Dünyası» jurnalının 20 İLLİK yubileyi ərəfəsində belə bir nömrənin, Türk Dünyasının böyük oğluna həsr olunmuş jurnalın hazırlanması təqdirəlayiq haldır. Həmçinin belə bir əlamətdar gündə Eldar İsmayılın 70 illik yubileyi qeyd olunub. AVMVİB adından Eldar İsmayıl 70 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilib».

Fəxri Fərmanı Eldar İsmayıla AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov təqdim edib.

Tədbirdə Qazaxstanın ölkəmizdəki səfiri Serzhan Abdukarimov da iştirak edirdi.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •