Blogerlər Paşinyanı İFŞA ETDİLƏR — “Aprel döyüşlərində iştirak etməyib”

Ermənistanda Nikol Paşinyan 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq Qarabağ getməsi barədə yayılmış məlumat 3 il sonra ciddi şübhə altına alınıb. Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun 2016-cı ilin aprelində hərbi formada döyüşlərin getdiyi keçmiş Ağdərə rayonu ərazisində çəkildiyi iddia olunan foto uzun müddət təbliğat kampaniyalarında geniş istifadə olunmuşdu. Amma erməni bloggerlər birgə araşdırma apararaq hazırda baş nazir olan Nikol Paşinyanın Aprel döyüşlərində iştirakını şübhə altına alan 4 arqument irəli sürüblər.

 1.Ermənistandan Qarabağa gedən heç bir könüllüyə Ermənistan ordusunun hərbi forması verilməyib. Könüllülərin öz forması və kamuflyajı olub.

 2.Paşinyanın hərbi fotosu apreldə deyil, daha sonralar çəkilib. Çünki şəkildə ətrafdakı ağaclar çiçəklənib. Qarabağda ağaclar yalnız aprelin ortalarında çiçəklənməyə başlayır. Ağdərə istiqamətində həmin günlərdə çəkilən digər fotolarda bunu görmək olar.

 3.Ermənistan KİV-i və Paşinyanın Facebook səhifəsində onun 2016-cı ilin 1-5 aprel tarixlərində etdiyi bütün paylaşımlar və fotolar silinib. Nikol Paşinyanın aprelin 1-dən 5-nə qədər Qarabağda olması barədə heç bir rəsmi məlumat yaxud şahid ifadəsi yoxdur. Onun döyüşlərin getdiyi tarixlərdə Yerevanda mitinq keçirdiyi məlumdur. (modern.az)

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share