Anna Nağdalyan erməni jurnalistlərin Bakıya səfəri ilə bağlı açıqlama verdi

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Nağdalyan erməni jurnalistlərin Bakıya və azərbaycanlı jurnalistlərin İrəvana səfəri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Noyabrın 17-21-də bir qrup jurnalistin qarşılıqlı səfəri baş tutdu: Ermənistan və Qarabağın erməni icmasının media nümayəndələri Azərbaycana, Azərbaycandan isə Ermənistan və Qarabağa media nümayəndələri gəldi.

Proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bilavasitə razılığı ilə və Ermənistan və Azərbaycanın iştirakı ilə hazırlanıb həyata keçirilib”.

Ziyarətlər barədə məlumatlar gizli saxlanılır. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi erməni jurnalistlərin səfəri ilə bağlı məlumatları şərh etməyib, lakin təkzib də etməyib.

Vətəndaş cəmiyyəti nümayəndələri qeyd edirlər ki, Ermənistan və Azərbaycan jurnalistlərinin Bakı və İrəvana qarşılıqlı səfərləri tərəflər arasındakı gərginliyi azaltmaq və gələcək barışıq üçün zəmin hazırlamaq məqsədi daşıyır. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, bu, Qarabağ münaqişəsi zamanı ilk belə cəhd deyil, ancaq iki cəmiyyət arasında hər hansı bir etimad və ya gərginliyin azaldılması barədə danışmağa ehtiyac yoxdur.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share