28.03.2024

Aprel döyüşçülərimiz uşaqları sevindirdi — Daha bir uşaq evini ziyarət ediblər — FOTO

Müdafiə nazirinin tapşırığı və «N» saylı hərbi hissə komandirinin təşkilatçılığı ilə 22 noyabr 2019-cu il tarixində Aprel döyüşçüləri və birliyin hərbi qulluqçuları Gəncə şəhərində yerləşən Uşaq evini ziyarət ediblər.

Səfər çərçivəsində hərbi qulluqçular tərəfindən qurbanlar kəsildikdən sonra ad günü olan 6 uşağa müxtəlif hədiyyələr təqdim olunub və doğum günü tortu hədiyyə edilib.

Həmçinin Müdafiə Nazirinin və Birlik Komandanlığının adından uşaqlara isti geyimlər, uşaq evinə isə müxtəlif növ ərzaq məhsulları təqdim olunub.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsində hərbiçilərimiz uşaqlarla musiqili proqram, klounlar və şar yağışı fonunda asudə vaxt keçiriblər .

Sonda Gəncə uşaq evinin direktoru Nazilə Ismayilova bu cür tədbirlərin keçirilməsinə görə Müdafiə nazirinə və Birlik Komandanlığına təşəkkürünü bildirib. Əlavə olaraq qeyd edib ki:

«Bu cür tədbirlər uşaqlara böyük sevinc bəxş etdiyi kimi, həm də onların nəzərində ordumuza sevgini dahada artırır».

Tədbirin sonunda hərbiçilərimiz uşaq evinin sakinləri ilə xatirə şəkilləri çəkdiriblər və tədbir başa çatıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: