29.03.2024

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

Zəngilan «N» saylı Alayın keçmiş döyüşçüsü, Cəbrayılov Nəsib Hüseyn oğlu və Zəngilan rayonunun keçməkeşli günlərində rayon icra hakimiyyəti başçısının müavini işləmiş Cəbrayılova Zoya Hüseyn qızı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sədri Füzuli Rzaquliyevin Əmri ilə AVMVİB-nin təsis etdiyi «Müharibə Veteranı» və «Milli ordu-100 «»Xatirə medalları ilə təltif olundular.

Bu barədə öz facebook səhifəsində AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev məlumat verib. Hər iki veteranı təbrik edərək, Xatirə medallarını Nəsib bəyə və Zoya xanıma AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və sədr müavini Zakif Abbasov təqdim ediblər.


Zoya xanımı Zəngilanda tanımayan az adam olar . Zoya xanım əynində hərbi forma daima ön səngərlərdə döyüşən əsgərlərə baş çəkər, onların çatışmamazlıqlarını əlindən gəldiyi qədər aradan qaldırmağa çalışardı.


Bu qardaş bacını AVMVİB Zəngilan rayon şöbəsinini idarə heyəti bir daha təbrik edir, hal hazırda işlədikləri Azərbaycan Slavyan Universitetindəki fəaliyyətlərində uğurlar arzulayırlar.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: