18.04.2024

Veteranlar döyüş dostlarını ziyarət etdilər — VİDEO

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə bir qrup müharibə veteranı I qrup müharibə əlili Zakir Məmmədova baş çəkiblər. Elmar Hüseynov bu görüş barədə öz təəssüratlarnı belə ifadə edib:


«Mən bu gün özümü Həcc ziyarətindəki kimi hiss etdim. I qrup əlil, Müharibə veteranı Zakir Məmmədovu evində ziyarət etdik».

Xatırladaq ki, Zakir Məmmədov 1990-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda bir çox əməliyyatlarda iştirak edib. O, avtobus sürücüsü olmasına baxmayaraq döyüş dostlarını postlara çatdırdıqdan sonra əlinə silah götürərərək döyüşlərə qatılırdı. O, ən çətin şəraitdə belə öz vəzifəsini ləyaqətlə yerinə yetirmişdi.

I qrup müharibə əlili Zakir Məmmədova baş çəkənlər arasında AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, müharibə əlili İlqar Cəfərov, tanınmış jurnalist Əntiqə Qonaq, İlham Rüstəmov, Natiq Babayev və digər müharibə veteranları iştirak edirdilər.

AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən Elmar Hüseynov döyüşçünü təşkilatın təsis etdiyi Xatirə medalıyla təltif edib. Təşkilat adından veteran qardaşımıza şəfalar diləyib.

Çıxış edən Əntiqə Qonaq və Eldar Rüstəmov da döyüşçü haqqında öz fikirlərini bildirib və bu təşəbbüsü alqışlayıblar.

Elnur Səlim


( OMON ) XÜSUSİ TƏYİNATLI POLİS DƏSTƏSİNİN VETERANI ZAKİR MƏMMƏDOV MÜHARİBƏ VETERANI MEDALI İLƏ TƏLTİF OLUNDU

Posted by Ilqar Ceferov on 19 Noyabr 2019, Çərşənbə axşamı
Veteranlar döyüş dostlarını ziyarət etdilər
Veteranlar döyüş dostlarını ziyarət etdilər
Veteranlar döyüş dostlarını ziyarət etdilər
Veteranlar döyüş dostlarını ziyarət etdilər
Veteranlar döyüş dostlarını ziyarət etdilər
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: