AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsində

Qarabağ savaşında Biləsuvar cəngavərinin öz dəsti-xətti olduğunu hər kəs bilir. Cəbhənin müxtəlif istiqamətlərində döyüşərək onkarla şəhid veriblər. Biləsuvar döyüşçüləri Ulu Öndər Heydər Əliyevin çağrışına səs verərək Horadiz əməliyyatında və digər döyüş əməliyyatlarında iştirak ediblər.

Biləsuvar Azərbaycanın əfsanəvi Milli Qəhrəmanı Mübariz İbrahimovun yurd yeri kimi də müqəddəsləşib. Lakin sən saydığını say, görək bu rayonun İcra Hakimiyyətinin Başçısı nə sayır? Anladıq ki, illərcə rayon veteranlarını qərargaha həsrət qoyan Başçı Mahir Quliyevin Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərindən, apardığı təqdirəlayiq islahatlardan xəbəri yoxdur. Dövlət başçısının yeni təyin olunmuş icra hakimiyyəti başçıları ilə görüşündə söylədiklərindən daha bir məqamı xatırlatmaq istərdik: “Vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır».

AVMVİB dəfələrlə bəyan edib ki, hər bir veteran Ali Baş Komandanın əmrinə müntəzir bir əsgərdir. Lakin Biləsuvarda anladığımız o oldu ki, kimlərsə zorla bu nüansları xatırladanları zorən «müxalifətçi» elan etməyə can atmaqdadır. Bir əsgər öz komandanına xəyanət etməz. Bunu hər kəs bilməlidir.

Görüş zamanı AVMVİB sədrinin hüquqi və sosial məsələlər üzrə müavini Abbas Hüseynli, AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov
və digər müharibə veteranları mövcud problemlərdən və onların həlli yolları barədə diskusiya apardılar.

Bu gün yolüstü baş çəkdiyimiz Biləsuvar veteranları bizi çayxanada qarşıladıqlarına görə utanırdılar. Deyirik ki, sizlər utanmayın, Biləsuvar boyda bir rayonda sizə yer tapmayanlar utansın. Bir daha xatırladırıq ki,Ş hökumətin qeyri-hökumət təşkilatı olmur. Döyüşçüləri ayırmaq, onları birləşdirən ictimai qurumlara doğma-ögey münasibət bəsləmək yolverilməzdir.

İnanırıq ki, müraciətimiz ən azı cavabsız qalmayacaqdır. Biləsuvar veteranlarını heç olmasa qəbul edib istəklərini dinləyəcək bir şəxs tapılacaqdır.

Veteran.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares