29.03.2024

TƏBRİK: Bir qazinin qızının toyunda…

AVMVİB Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyevin qız övladının toyuna təşrif buyurub onun sevincinə şərik olan döyüş dostları ənənəvi olaraq vətənpərvər ruhlu çıxışlar vəə rəqslər edərək bəy və gəlini də rəqsə dəvət etdilər. Azərbaycan və qardaş Türkiyənin bayraqları altında gənclərə xeyir dualar verildi.


Yeni həyata qədəm qoyacaq gənclərimizin şərəfinə səsləndirilən musiqi nümunələri də onları bu Vətənə layiqli övladlar yetirməyə və ataların yoluyla getməyə səslədi.


Rayon rəhbərliyinin və AVMVİB rəhbərliyinin, digər qurum nümayəndələrinin işrirakçısı olan toy mərasiminə bu notlar xüsusi bir gözəllik qatdı.


Gənclərimizi bütün veteranlarımız adından bir daha təbrik edir, onlara xoşbəxtlik arzulayır və bu gözəl məmləkətimizdə gözəl günlər, xoşbəxtliklərlə dolu bir ömür-gün arzulayırıq.


Xoşbəxt olsunlar, qoşa qarısınlar.
Təbriklər…
Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: