ANTİSOVET «İLDIRIM» TƏŞKİLATI

Təşkilatın üzvlərini Səməd Vurğun ələ vermişdi ?!

Azərbaycan heç vaxt rus işğalı ilə barışmayıb müxtəlif təşkilatlar quraraq mübarizə aparıb. Belə təşkilatlardan biri də 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulan İldırım təşkilatı idi.

Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək

1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq

Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq.

«Təşkilatda yeganə yazar olan Gülhüseyn xalq arasında iş aparır, onu SSRİ-dən ayırmağa hazırlayır.

Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna azərbaycanlı olduğunu əsas götürərək məktub yazıb dəstək istəsinlər.

G.Hüseynoğlunun diktəsilə İsmixan Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, «Dönməzlər» imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar. Sən demə, yanılırmış. Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. (Və ya məktub ona çatmamış NKVD tərəfindən ələ keçir. İkinci ehtimal daha azdır. Ona görə ki, NKVD S.Vurğunun necə davranacağını bilmək üçün məktuba mane olmazdı.)

1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. Xəttatlıq elmi Sovetlər Birliyində elə inkişaf edibmiş ki, İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar.

9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Tanınmış romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur.

Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında «İldırım»çılar evlərinə qayıdırlar.

Qeyd: Fotodakı şəxs İsmixan Rəhimovdur.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •