20.04.2024

AVMVİB üzvünün növbəti uğuru — Təbrik edirik!

Özbəkstanda 30 ölkənin iştirak etdiyi “Dadlı Özbəkstan” adlanan beynəlxalq kulinariya çempionatı keçirilib.


Tədbirdə Azərbaycan Milli Kulinariya Assosasiyasınin rəhbəri Tahir Əmiraslanov, Azərbaycandan «Turan» restoranının qurucu rəhbəri, müharibə veteranı Mübariz Quliyev və aşbazlar Seymur Cavadov, Səltənət Həsənova və s. iştirak ediblər.

Ölkəmizi bu mötəbər yarışda təmsil edən AVMVİB sədrinin müavini, «Turan» restoranının qurucu rəhbəri Mübariz Quliyev Dünya Kulinariya teşkilatının başçısı Thomas Quqler tərəfinden beynəlxalq dərəcəli jüri diplomu və medalı ilə təltif olundu.


Eyni zamanda Azərbaycan komandası yarışların nəticəsi olaraq qızll medal qazanmış və bu şərəfə ölkəmizin bayragını qaldırmışlar.


AVMVİB sədrinin müavini, «Turan» restoranının qurucu rəhbəri Mübariz Quliyev bildirib ki, biz, bu qələbəni Bayraq Gününə ərməğan etdik.
Qələbə münasibəıtiylə AVMVİB Rəhbərliyi Mübariz Quliyevin simasında bütün kulinarlarımızı təbrik edir!


Təbriklər…


Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: