20.04.2024

Veteranlar Bayraq günü münasibətiylə əsgərlərə baş çəkdilər

AVMVİB Xocavənd rayon şöbəsi veteranları sədr Akif Həsənovun rəhbərliyi və təşkilatçılığı ilə N saylı hərbi hissədə xidmətdə olan əsgərlərimizə baş çəkiblər.


Bu barədə sayta məlumat verən AVMVİB Xocavənd rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədovun verdiyi məlumata görə, tədbirdə əsgərlərimizin psixoloji hazırlığı və dini bilgilərini artırmaq üçün vətənpərvərlik və dini mövzularda çıxışlar edilib. Belə tədbirlərin keçirilməsi əsgərlərimizin psixoloji durumunun yaxşılaşdırılmasına xidmət edir. Dini qurumları Beyləqan rayonunun Axundu Kərbalayi Qurban təmsil edirdi.


Edilən çıxışlar, əsasən ordumuzda psixoloji durumun yaxşılaşdırılmasını hədəf seçmişdi. Qərara alındı ki, belə görüşlər mütamadi keçirilsin.

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: