Həmyerlilərimiz Dneprdə mərkəz açdı

Ukraynada Azərbaycanın diaspor fəallarından olan, soydaşımız Eldar Tağıyev öz facebook səhifəsində paylaşım edib: «Dnepr şəhərində kütləvi tədbirlər həyata keçirmək üçün daha bir mərkəz Azərbaycan icmasının istifadəsinə verildi.


Şəhərin mərkəzi prospektində yerləşən Kömrük və İqtisad Universitetinin binasında yerləşən bu mərkəz, Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor təşkilatının Dnepropetrovsk vilayətindəki sədri Sərxoş İsmayılovun şəxsi vəsaiti hesabına ərsəyə gəlib.


Azərbaycanın Ukraynadakı səfirliyinin tədbirə göstərdiyi dəstək təqdirəlayiqdir və bu barədə ətraflı məlumat verəcəyik. Universitetdə dünyanın bir çox ölkələrindən olduğu kimi, Azərbaycandan da olan tələbələr təhsil alır. Mətbuatda bu barədə məlumatlar olacağını nəzərə alaraq, qısaca onu demək istərdim ki, Kiyevdə, Xarkovda, Odessada belə mərkəzlər olsa da, bu Dnepr şəhərindəki ali məktəblərdə yaradılan ilk Azərbaycan mərkəzidir».


Xatırladaq ki, Ukraynada yaşayan soydaşlarımız müsbət xarakterizə olunan işləriylə daim fərqlənməkdədirlər. Onlara uğurlar diləyirik.


Veteran.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares