Primakovu indi kim Bakıya «çağırıb»?!?

Son günlər Bakı Slavyan Universiteti ətrafında əsassız xəbərlər, həm sosial şəbəkə istifadəçiləri arasında, həm də bəzi onlayn media resurslarının xəbər lentində dolaşmaqdadır.

Məsələyə bilərəkdən siyasi don geyindirməklə cəmiyyətdə çaşqınlıq hissi yaradan bədxahlar insaların milli heysiyyətına təsir edib onları qıcıqlandırmaqla, həm universitetə, həm də onun rəhbərliyinə qarşı çirkin kampaniyaya qoşmaq istəyirlər. Əslində isə nə baş vermişdir?


BSU-da “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsi

Ötən həftənin sonuncu günü Bakı Slavyan Universitetinin hər iki tədris binasında “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsi keçirilmişdir.

Bu tədbirdən 20 gün əvvəl isə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Rusiyanın Bakıdakı səfirliyində sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun “XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu” ilə mövzusunda inşa müsabiqəsi keçirilmişdir.

Bakı Slavyan Universitetində təhsil alan Rusiya Fedarasiyası vətəndaşlı olan tələbələr isə həmin müsabiqədə iştirak etmiş, onlardan biri isə qalibi kimi orada təltif olunmuşdur, vəssalam. Həmçinin müsabiqənin keçirilməsi, heç də Primakovun fəaliyyətini təmizə çıxarmaq məqsədi güdməyib. Yəni açıq bir mövzuda hər kəs öz fikirlərini, o cümlədən 20 yanvar haqqında bildiklərini yaza bilərdilər.

Lakin son 3 gündə bu iki oxşar xəbər bilərəkdən və ustalıqla təhrif olunaraq eybəcər bir formaya salınmış və nəticədə universitetin rəhbərliyi əsassız ittihamlara məruz qalmışdır.

Qeyd edim ki, artıq bu xəbərin əsassız və həqiqətə zidd olduğu haqqında Bakı Slavyan Universiteti rəsmi məlumat yayımlasa da, bəzi insanlar xəbərə bəzək-düzək vuraraq dezinformasiyanı cəmiyyətə hələ də “dorğu” kimi sırımağa” çalışırlar. Məsələdən bixəbər olanlar isə mövzunun əslinin nə cür olmasının fərqinə varmadan və kiçik bir araşdırma belə aparmadan hövlnak vəziyyətdə bilərkdən təhrif olunmuş bu xəbərə münasibət bildirməyə başlayır ki, bu da zəncirvari reaksiya yaradaraq cəmiyyətdə çaşqınlıq yaradır.

Qeyd edək ki, Bakı Slavyan Universiteti bütün slavyan xalqlarının dili, mədəniyyəti, təhsili, tarixi ilə bağlı fundamental araşdırmalar aparır, elmi biliklər verir və bu sahədə unikal ixtisaslar üzrə nadir mütəxəssislər hazırlayır. Bu ölkələr arasında Rusiyadan savayı, Polşanı, Ukraynanı, Çexiyanı, Bolqarıstanı, Belarusu misal göstərmək olar. Sadalanan bu ölkələrin hamısının Bakı Slavyan Universitetində tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərindən, o cümlədən MDB məkanından bir çox xarici vətəndaşlar təhsil almaq üçün Bakı Slavyan Universitetində seçirlər.

Lakin Bakı Slavyan Universiteti bununla kifayətlənməmiş, Türkiyə, Yunanıstan, Almaniya, Fransa kimi dövlətlərin də tədris və mədəniyyət mərkəzlərinin Bakı Slavyan Universitetində açılmasına nail olmaqla yanaşı həm də dünyanın 6 müxtəlif şəhərində yerləşən ali məktəblərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərini təsis etməklə qədim Azərbaycanın dilini, zəngin mədəniyyətini və şərəfli tarixini sərhədlərimizdən kənarda da uğrula təbliğ edir. Bu, Azərbaycanın xarici siyasətinin elm, təhsil və mədəni istiqamətlərdə Bakı Slavyan Universitetinin əvəzolunmaz rolu kimi qiymətləndirilməlidir. (Hiperkeçid: https://bsu-uni.edu.az/az/centers) Bakı Slavyan Universiteti Azərbaycanda Fəxri Doktorları ən çox Prezident, dövlət və hökumət başçıları olan universitetlərdən bəlkə də ən birincisidir. (Hiperkeçid: https://bsu-uni.edu.az/az/doctors).

BSU-nun 70 illiyinə həsr olunmuş tədbirdən

BSU-nun 70 illiyinə həsr olunmuş tədbirdən

Son 3 il ərizndə keçirilən tədbirlərin məzmununa, əhatə dairəsinə və daşıdğı əhəməiyyətə nəzər salmaq kifayətdir ki, 2016-cı ildə 70 illiyini qeyd edən Bakı Slavyan Universitetinin çağdaş dünyada hansı mövqeyə və çəkiyə sahib olduğunu əyani göstərsin. Qeyd edək ki, hazırda Bakı Slavyan Universitetinin 124 ölkənin ali təhsil müəssisəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsi mövcuddur.


BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda beynəlxalq dəyirmi masa

Bakı Slavyan Universitetinin rektoru professor Nurlana Əliyevanın təşəbbüsü ilə universitetdə təşkil olunan və Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos D. Kanellos, Avstriya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Alaksandr Bayerl, Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Mixail Aleksandroviç, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, səfirliyin birinci katibi Georgi Selski, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Viktoroviç Barkov, Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Artur Taraseviçlə yanaşı Azərbaycanın bir çox rəsmi dövlət strukturlarının rəhbərləri və universitetin tələbə-müəllim heyətinin iştirakı ilə baş tutmuş “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda beynəlxalq dəyirmi masada Azərbaycanın dünyaya sülh çağırışında elm və təhsilin önəmini və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırılaraq bu işə öz töhfəsini verməyə hazır olduğunu bəyan etmiş universitetin bu növbəti tədbiri özünün möhtəşəmliyi və məhsuldarlığı ilə hələ də yaddaşlardadır.

Bakı Slavyan Universiteti Azərbaycanda 70 yaşı olan “Rus dili və ədəbiyyatı” jurnalının təsisçisidir. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Fəxri Doktor adını aldığı Bakı Slavyan Universiteti bu gün rektoru olduğu professor Nurlana xanım Əliyevanın yorulmaz fəaliyyəti və səyi nəticəsində öz inkişaf yolunda qətiyyətlə irəliyə doğru addımlayır və gənclərimizin zəruri biliklərə yiyələnməsinə, eyni zamanda Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə hörmət edən, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq vətəndaş və şəxsiyyət yetişdirilməsində öz töhfəsini verir.

Burada Ümumilli liderimiz, əbədiyaşar Heydər Əliyevin müdrikliklə dediyi sözləri xatırlamamaq olmur: “Bu universitetin nümayəndələri millətimizin qaymağıdır… Bu universitetin böyük gələcəyi, böyük perspektivi var… Biz bu universitetə çox böyük ümidlər bəsləyirik…”.

N. Məmmədli

P.S. Bu mövzuya ilk reaksiya verən www.veteran.az saytı olaraq bildirək ki, etirazların hədəfdən yayındırılaraq BSU-ya yönləndirilməsi kimlərinsə məqsədyönlü siyasətinin nəticəsi sayılmalıdır. Çünki bu tədbirin keçirilməsinə şəriklik Azərbaycan XİN-nin üzərinə düşür. Hesabı esse yazan rusiyalı tələbələri deyil, XİN verməlidir. Bəzi KİV-lərin az qala «xalq düşməni» kimi təqdim etmək istədikləri rektor xanım Nurlana Əliyeva çoxlarından fərqli olaraq daim müharibə veteranlarının, müharibə əlillərinin və şəhid ailələrinin övladlarının hər bir probleminə diqqət və qayğı ilə yanaşmaqdadır. Onun bu xidmətlərini nəzərə alaraq N. Əliyevanı müdafiə edir və AVMVİB-nin Fəxri üzvü seçmişik. Bəzi 20 Yanvar qatili «Primakov sevərlərə» bildiririk ki, bu tədbirlərin Azərbaycanda keçirilməsini, sizcə kim təşkil edib?
Ünvanı axtarmağa çalışın…

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    2
    Shares