BÜTÜN QƏHRƏMAN OĞULLARIMIZI ÖLDÜRDÜLƏR…

…Ancaq sonuna çıxa bilmədilər…

«– Şimdi söylə bakalım, vətəndə nə var? Kimlər sağdır, kimlər ölmüş?
– Ölən ölmüş, qalan qalmışdır, dedim.
– General Səlimov sağmıdır?
– Öldürdülər…
– Ah…qatillər! … Pəki, general İbrahim Ağa?
– Onu da…
– Qaydabaşı?
– Onu da öldürdülər…
– General Haşım bəy nerədə?
– Onu da qətl etdilər…
– General Delhas?
– Onu da…
– Süleyman paşa?
– Onu da… Onu da…
Bir az susdu… Dərin-dərin nəfəs alırdı…
Sonra yenə müraciət etdi:
− Nəsib bəy harada?
− Məlum deyil…
− Həsən bəy, Fətəli xan?..
− Öldürmüşlər.
O qızdı:
– Həp öldürmüşlər… Nə var öldürmüşlər… O halda kim qaldı ?!
Üzünə baxdım. Xəstlikdən solmuş yanaqlarında göz yaşı vardı.
– Sağ qalan, dedim. Çoxdur…
– Bütün rəisləri məhv etmişlər, bir kimsə ki qalmamış!..
— Xeyir, qalmış…
– Kim?..
– Onları yetişdirən Millət… Milləti yaşadan Vətən!

Mühacir Mirzə Bala Məmmədzadənin «Vətən qaldı» hekayəsindən bir parça.

Qeyd: Fotodakı şəxs mühacir Mirzə Bala Məmmədzadədir.

Difai təşkilatı

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share