20.04.2024

Mehriban Əliyeva X Rusiya-Azərbaycan Regionlararası Forumun işində iştirak edəcək

22-23 noyabr tarixlərində Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Bu barədə Roskonqress Fondunun məlumatında deyilir. “Noyabrn 23-də Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva və RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko VDNX-da “Kosmonavtika və aviasiya” mərkəzində Forumun plenar iclasını keçirəcəklər”, — məlumatda deyilir.

Məlumata əsasən, Forum Roskonqress Fondunun köməyi ilə RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliiyi ilə birgə keçiriləcək.

Noyabrın 22-də Forumun işçi proqramını RF iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar. Proqrama Rusiya-Azərbaycan və Azərbaycan –Rusiya İşgüzar Şuraların geniş iclası, həmçinin nəqliyyat infrastrkturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair dörd dəyirmi masanın təşkili daxildir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: