19.04.2024

AVMVİB Biləsuvar rayon şöbəsi Anım tədbiri keçirdi

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, bölgə veteranları Biləsuvar rayonu Xırmandalı 1 saylı kənd orta məktəbində şəhid Ceyhun Məhərrəmovun Anım tədbirini keçiriblər.

Tədbirdə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar şöbəsinin rəisi plokovnik-leytenant Rizvan Sadıqov, şəhidin qardaşı Zəki Məhərrəmov, kənd ərazi icra nümayəndəsi Tofiq Paşayev və müharibə əlili Sərraf Sədirov iştirak ediblər. Şəhidin məzarı ziyarət edilmiş, gül qoyularaq, ruhuna dualar oxunub.

Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar maraqla qarşılandı.

AVMVİB Biləsuvar rayon şöbəsinin sədri Q. Qurbanov məktəbin pedaqoji kollektivinə veteranlar adından öz təşəkkürünü bildirdi. Şəhidlərimiz unudulmamalıdır. Çünki onlar Vətənimiz uğrunda öz canlarından keçmişlər.

Allah şəhidlərimizə rəhmət eləsin!

N. Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: