25.04.2024

Yolüstü ziyarət, onlar bu ölkə uğrunda canlarından keçdilər…

… Biz isə onları unutmamalıyıq…

«Dur yolçu! Bilmədən gəlib basdığın, Bu torpaq, bir dövrün batdığı yerdir».

Müharibə veteranları bu yolu keçərkən bu şəhid məzarını mütləq ziyarət edərlər. Müharibə veteranı, AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanovun anasının yas mərasiminə yollanan AVMVİB Rəhbərliyi və şöbə sədrlərindən ibarət qrup da bu ənənəyə sadiq qalaraq şəhidliyi ziyarət ediblər.

AVMVİB üzvü, tanınmış araşdırmaçı yazar, kinorejissor, senarist Cəlaləddin Qasımovun qələmə aldığı «Bir əsgərin hekayəti» adlı yazı bu məzarda uyuyan şəhid İzzət bəyi bizlərə anladır…

C. Qasımov yazır: «Şamaxıda şəhid düşən Qafqaz İslam orudusunun öndə olan dəstənin əsgərlərindən biri İzzət bəyin dastanı Əlfayın Əziz “AZADLIQ NAMİNƏ” kitabında belə anladır:

“İzzət bəy düşmənin atəşi nəticəsində ağır yaralanır. Əsgərin köməyinə orada olan Gülsabah adında bir qadın yetişir. Gülsabah baş örtüsündən yırtdığı parça ilə əsgərin yarasını sarımaq istəyir, İzzət bəy “bacım, qolumu sağlam tut, gülləni çıxardım”,- deyir. O, gülləni çıxarır. Gülsabahdan cibində olan dəsmalı çıxarmasını xaiş edir. Gülsabah dəsmalı çıxarır və mərmini dəsmala qoyur. İzzət bəy “artıq tamamdır, her şey bitdi, yaramı bağlamağa ehtiyac yoxdu, qanım qoy bu torpağa axsın”- desə də Gülsabah yaranı yırtıq baş örtüsü ilə sarıyır.

Halsız ,yaralı halda yerdə yatan İzzət bəy atəş səsləri ilə özünə gəlir; türk ordusu gəlmişdir . İzzət bəy çox sevinir , həyacanlanır. Əsgərlər İzzət bəyi yaralayan əsgəri oradaca düşən atışmada vururlar. Komandir İzzət bəyə yaxınlaşır və başını dizlərinə qoyur. Artıq son anların yaşayan İzzət bəy komandirə “bir türkmən Paşasının dizləırində can vermək mənim üçün şərəfdir”, deyir.

Komadir: “sən yaşayacaqsan, çoxlu zəfərlər qazanacaqsan”, cavabını verir.

Son anlarını yaşayan İzzət bəy üçün Şeyx Müsin Quran oxumağa başlayır. İzzət bəy bir ara başını qaldırır, yanlarındakılardan haqlarını halal etmələrini istəyir.

Cibindəki dəsmalı çıxardıb komandirə verir:

-Paşam, atam Balkanlarda torpağlarımız qorumaq üçün savaşarkən ağır yaralanmış bədəninə tuş gələn gülləni çıxardıqdan sonra yanındakı silahdaşlarına “bu gülləni oğluma verin, mən vətənim üçün savaşdım, ruhumu təslim etmək üzrəyəm, ona deyin məni yaralayan bu gülləni öz yanında daşısın, bunu iki eləsin”- demişdi. Paşam, atamın vəsiyyətini yerinə yetirdim, onun dediyi kimi gülləni iki elədim. Hələ güllənin üzərində qanım qurumayıb. Siz də bu gülləni alıb oğluma verin. Ona atasının da vətəni üçün savaşarkən öldüyünü deyin. Bu güllələrin sayını üç etsin…

Bu sözlərdən sonra İzzət bəy şəhid olur. Beləcə, İzzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur.

Onun məzarüstü abidəsini qoyan şəxsi bolşeviklər güllələyir. Şəhid olan əsgər öz vəsiyyətinə görə həmin yerdə Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşür»…

Kimsə unudulmamalı, kimsəni yadan çıxarmamalıyıq! Azərbaycan var olduqca dualarımız səninlədir, şəhidimiz!

Allah şəhidlərimizə rəhmət eləsin!

Veteran.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: