25.04.2024

TƏBRİK: FƏRMAN VƏLİYEV — 48

Qarabağ uğrunda döyüşlərin iştirakçısı, AVMVİB üzvü Fərman Vəliyevin 48 yaşı tamam olur.

Fərman Vəliyev ağır döyüşlərin sınağından çıxıb. Daha sonra polis sıralarında əsayişin keşiyində durub.

Sayta erməni postunu dağıdaraq erməni əsiri gətirməsini bir döyüş xatirəsi kimi yazmağa borcludur. Təşkilatın tədbirlərində daim yaxından iştirak edir. Fəal veteran kimi təşkilatın təsis etdiyi Xatirə medallarıyla təltif olunub.

Ad günü münasibətiylə Fərman bəyi təbrik edir, uzun ömür və bu ömrü doğma Qarabağda keçirməsini arzu edirik!

100 yaşa, Fərman bəy!

Bütün gözəlliklər sənin olsun…

AVMVİB RƏHBƏRLİYİ VƏ VETERAN.AZ KOLLEKTİVİ

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: