25.04.2024

Qələbə bizi gözləyir…

Bir neçə gün bundan qabaq qarşıma gənc bir oğlanın profili açıldı. Profili izləməyə başladım çox təsirləndim. Profilin əsasını xəstə, ehtiyac içərisində,hər yerdən əlləri üzülmüş insanlara maddi, mənəvi kömək istənilirdi. İmkanlı insanların mərhəmətinə inanıb, onları Allah rizası kömək eləməyə səsləyən Xan Salmanov bu gördüyü işin nə qədər böyük bir iş olduğunu düşünmür. Böyük, vacib iş görən insanların elə böyük də qəlbi olar.

Çox təsirləndim ona dostluq göndərdim. Dostluğumu qəbul etdiyi üçün məmnun oldum. Bu məmləkətin gələcəyi siz gənclərin əlindədir.

Aldığım cavabı sızlərlə bölüşmək istəyirəm:

«Sadiq bəy salam.mən normalda tanımadığım insanların dosluğunu qəbul etmirəm. Amma profildki şəklinizə baxıb səhifənizə girdim və qürur duydum, fəxrləndim sizinlə. Siz ki Qarabağ döyüşlərindəki qəhramanlarımızı bu gqn bu yaşınızda usanmadan öz səhifənizdə ətrafli məlumatlarla tanıdırsınız, vallah sizə halal olsun.

Bu günkü gəncliyə hakimiyyət istər tv vasitəsiylə, istərsə də digər vasitələrlə vətənpərvəlikdən uzaq bütün mövzularla gəncliyi bu ruhdan uzaqlasdırır…

Sizə halal olsun, sizi dəstəkləyirəm, Əslində size daha böyük kütləyə və gənclərə çatdırmağınız üçün dəstək lazımdı. Mən Qarabağ müharibəsi dövründə uşaq olmuşam. 1987- ci ildənəm. Amma çox vətənini ve millətini sevən insanam. Var olun. Bu gün kimlərsə Qarabağ uğrunda doyüşlərdə can qoyan şəhid və qazilərimizə dəyər verməyib hörmətsizlik etsə də sizlər bizim üçün çox dəyərlisiniz».

Yazını oxudum, sevindim.

Sevindim ki,biz VƏTƏN savaşına hazırıq. İzimizlə yürüyən layiqli bir gənclik var. QƏLƏBƏ bizi gözləyir.

Sadiq Qədirli
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: