29.03.2024

İsrailin Türkiyəyə göndərdiyi yardım açıqlandı

İsrail Türkiyəyə 630 çadır göndərib. “Veteran.az” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çadırlar İsraildə yerləşən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi vasitəsilə Adanaya çatdırılıb.

İsrailin Türkiyədəki səfirinin müavini Nadav Markmanın qatıldığı mərasimdə çadırlar AFAD rəsmilərinə təhvil verilib.

Yardımın təxminən iki həftə əvvəl İsrailin xarici işlər naziri Eli Koenin Türkiyəyə səfərindən sonra edildiyi qeyd edilib.

Çadırların zəlzələdən zərər çəkmiş bölgələrdən biri olan Osmaniyedə qurulacağı bildirilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: