16.04.2024

Şərəflə yaşanan ömür yolu: Arif Qafaov- 65

Peşəkarlığı, humanistliyi , dərin zəkası,vətənpərvərliyi, sadəliyi və təşkilatçılıq bacarığı ilə seçilən  Daxili Qoşunların Ağdam,Ağdərə Nərmanov və Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə kicik zabit rütbəsində Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş müharibə veteranı Qafarov Arif Baxşəli  oğlunun  fevral ayını 18- də 65 yaşı tamam olur.

       Bu gün münasibətilə müharibə veteranı Arif Baxşəli Qafarovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayırlar.

     Arzu edurik ki Arif Qafarovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

 Daimi həyatın bütün cətinliklərindən alınıacıq  və  üzüağ cıxan  müharibə veteranı Qafarov Arif  Baxşəli  oğlu  1958-ci ilin fevral ayının 18 -də Gədəbəy rayonunda zəhmətkeş ailədə anadan olub.

 O, Gədəbəy rayon  orta məktəbi və  Bakl Slavyan Universitetini bitrib.Hal hazırda  Bakı şəhər Təhsil İdarəsinin tam orta məktəblərinin  birində müəllim işləyir. O, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir çox hərbi qulluqçulara şəxsi nümunə olmuşdur

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada xeyirxah, sadə bir  insan kimi tanınır. Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.Arif Qafarov  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə  və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirlərinin  müvafiq  əmrləri ilə bir sıra medalarla, əlacl və “əla” xidmətlərə görə döş və yubiley nisanları ilə təltif olunub,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona  təşəkkur elan edlib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RARİF BƏY! DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN. ÖMRÜN UZUN OLSUN 100 YAŞA.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələr üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: