20.04.2024

Aprel şəhidinin atası vəfat etdi — FOTO

2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən şiddətli döyüşlərdə şəhid olan 1994-cü il təvəllüdlü Əlvan Hüseynovun atası vəfat edib.


Publika.az xəbər verir ki, Əlvanın atası Qafar Hüseynov Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi «Mercedes” və Füzuli rayon sakini Qafar Hüseynovun idarə etdiyi «KamAZ-5320” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q. Hüseynov orada ölüb.
Qeyd edək ki, daha əvvəl şəhidin anası vəfat etmişdi.


Əlvan Qafar oğlu Hüseynov (d. 1994; Dnepropetrovsk, Ukrayna — ö. 2 aprel 2016; Azərbaycan) Azərbaycan Silahlı Qüvvələrinin giziri olub. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan Əlvan ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: