25.04.2024

Zəlzələ qurbanları Milli Məclisdə anıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan şəxslərin xatirəsi anılıb.

Demokrat.az
 xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı təşəbbüs irəli sürüb.

Deputatlar bir dəqiqəlik sükutla zəlzələ qurbanlarını xatirəsini yad ediblər.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: