28.03.2024

Zəlzələ “peyğəmbər“i yeni proqnozlar verdi: İstanbulda…

6 fevralda Türkiyədə baş vermiş dəhşətli zəlzələ barədə 3 gün öncədən xəbər verən avstriyalı geofizik Frank Hoogerbeets yeni paylaşımları ilə diqqət çəkib.

Veteran.az Lent.az-a istinadən xəbər verir ki, zəlzələ araşdırmaları və dəqiq proqnozları ilə məşhur olan alim bölgənin relyefinin yenidən şəkilləndiyini bildirib.

Alim fevralın 3-də «Gec ya da tez bu bölgədə ( Suriya, Livan, İordaniya, Cənubi və Orta Türkiyədə) 7 bal gücündə zəlzələ olacaq» demişdi.

O yeni paylaşımında sarsıntıların bir müddət davam edəcəyini, güclü seysmik aktivliyin qalmaqda olduğunu bildirib. Tədqiqatçı planetimizdə baş verən hadisələrin yerin süni peyki Ayla da bağlı olduğunu qeyd edib.

O, həmçinin qeyd edib ki, qarşıdakı illərdə aktiv seysmik zonada yerləşən İstanbulun qərb hissəsində böyük zəlzələnin olması gözlənilir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: