Təbrik: Alşanov Elməddin Orucəli oğlu — 53

İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Yaşının üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan AVMVIB-in Saatlı rayon şöbəsinin sədri Alşanov Elməddin Orucəli oğludur. Yanvar ayının 20-də onun, 53 yaşı tamam oldu. Belə bir əlamətdar gün münasibətilə Alşanov Elməddin Orucəli oğlunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi onu səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik, Elməddinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl istək-lərinə uyğun onu, xoşbəxt edəcək şəkildə keçsin.
Alşanov Elməddin Orucəli oğlu 1970-ci ilin yanvar ayının 20 də Saatlı rayonun Qıraqlı kəndində zəhmətkeş ailədə anadan olub.
1984-ci ildə Saatlı rayonun Qıraqlı kənd orta məktəbin 8-ci sinifini, 1987-ci ildə isə Saatlı rayonunda texniki peşə məktəbini bitrib. O,1988-1990-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
Vətnmizin aslan ürəkli övladı könüllü olaraq 1992-1995-ci illərdə Azərbaycan Ordusunun tərkibində, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə,Cabrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşrıqların öhtəsindən layıqınca gəlmişdirç Elməddin 2001 -cü ildən etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranla-rı İctimai Birliyinin Saatlı rayon şöbəsinin sədri vəzif-əsində işləyir.
Elməddin Alşanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Saatlı rayon şöbəsinin sədri işlədiyi illər ərzində Azərbaycan Respubli-kasının Konstitusi-yasına və qanunlarına əməl etməkdə, eləcədə, ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsu-liyyət və şərəf hissi ilə yanaşmışdır.
Alşanov Elməddin Orucəli oğlu Azərbay-can Ordusunuda könullü xidmət etdiyi, və AVMVİB- in Saatlı rayonun şöbə sədri vəzifəsində işlədiyi müddət ərzində, xüsusi fəriqləndiyinə görə, Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının, Azərbaycan Ordusunun korpus və hərbi hissə komandirlərinin əmirləri ilə, AVMVİB -nin isə İdarə heyətinin qərarı ilə müvafiq döş nişanları və xatirə medalları ilə təltif edilib, bir cox fəxrı fərmanlarla və qiymətli hədiyələrlə mükafatldırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELMƏDDİN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN!

Azərbaycan Vətən Müharibəsi Veteran-ları İctimai Birliyi sədririn hüquqi məsəllər üzrə müavini polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: