
Şərəflə Yaşanan Ömür Yolu:Vaqif Hüseynov — 55
Azərbaycan Vətən Mühari bəsi Veteranların İctimai Birliyinin rəhbərliyi, Müharibə veteranı ehtiyatda olan mayor Vaqif Hüseyinovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nəaliyyətlər arzulayır.
Arzu edirik, Vaqifin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Hüseynov Vaqif Zənibəy oğlu 1968 -ci ilin yanvar ayının 12 də Bakı şəhərində anadan olub. O, 1985 cu ildə Bakı şəhərində 44 nömrəli orta məktəbi,1990 -cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-Peterburq (Leninqrat) şəhərində yerləşən Ali Hərbi Siyasi məktəbi, 1995 -ci ildə isə M. F. Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyat İnistutunu (İndiki Slavyan universitetini) bitirib.
Mayor Vaqif Hüseynov 1990 — 1996 ci illərdə SSRİ və Azərbaycan Respubilkasnın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Nizami, Səbail, Nərmanov,Hacqabul, Lenkaran rayonunlarında yerləşən əlahiddə könvoy taborunda, mühafizə, təminat, və əməliyyat təynatlı hərbi hissələrində, 1996- 1998- ci illərdə Xüsusi Dövlət Mühafizə xidmətində, 1998-2001 ci illərdə Azərbaycan Ordusunun Hərbi polis İdarəsində və Qoşun xidmətində, 2001- 2009 cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Cağrış Xidmətində, 2009 — 2012 ci illərdə Fövqalada Hallar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində, müxtəlif vəzifələrdə xidmət edib. O, hal- hazırda DİN-in Mühafizə İdarəsində inspektor vəzifəsin də işləyir.
Vaqif Hüseynov DİN- in Daxili Qoşunlarına, Azərbaycan Ordusunun Hərbi Polis İdarəsinə, Xüsusi Dövlət Mühafizə, İdarəsinə,Fövqalada Hallar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , cinayətkarlığa qarşı mübarizədə , ictimai təhlükəsiliyin təmin edilmə sində və qorunmasında, şəhərdə,yaşayış məntəqələrin də, cəzacəkmə müəsissələrin də baş vermiş kütləvi ixtişaşların qarşısının almasın da, fövqaladə vəziyət zamanı hüquqi rejimin təmin edilməsində, eləcədə dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır. Vaqif Hüseynov Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifələri layıqınca yerinə yetirmişdir. Müharibə Veteranı Mayor Vaqif Hüseynov DİN-in Daxli Qoşunlarında, Azərbaycan Ordusunda, Xüsusi Dövlət Mühafizə Xidmətində, FHN- in Xüsusi Riskli Xilasetmə Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Cağrış Xidmətində xidmət etdiyi illər ərzində xidmətdə fəqləndiyinə görə, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının, Ali hərbi Məktəb rəisin , İdarə və şöbə rəislərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə bir sıra Medalarla, “Əla Xidmətlərə Görə” döş nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkur elan edilib.
Doğum Günün Mübarək Olsun Vaqif Bəy.
100 Yaşa, Sağlam Yaşa.
Aəzrbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini
Polkovnik Salman Musayev