Pakistan Azərbaycana təşəkkür edib

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Veteran.az xəbər verir ki, bu barədə o, özünün «Twitter» hesabında yazıb.

“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, — Baş nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Pakistandakı daşqının fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 2 milyon dollar ayırıb.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: