19.04.2024

HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

Zəngilan Polisinin keçmiş əməkdaşı Şahməmmədov Taleh Saleh oğlu.

Taleh Şahməmmədov 1990- cı ildən polis orqanlarında işə başlayıb və Zəngilan rayon ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.


Zəngilanın Qazançı, Ağkənd, Seyidlər, Şayıflı istiqamətində, 10 aprel 1993 — cü ildə Hənd, Kilsə, Sav kəndlərinin alınmasında fəal iştirak edib.


Zəngilan işğal olunandan sonra Füzuli rayonunun kəndlərinin işğaldan azad edilməsi əməliyyatlarına qatılıb və kontuziya alıb.


1995- ci ildə Polis orqanlarından təqaüdə çıxıb.


AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə 26.03.2019 cu ildə AVMVİB-nin təsis etdiyi «Müharibə Veteranı» və «Milli Ordu 100 il» xatirə medalları və 18.10.2019- cu ildə «AVMVİB -25» yubiley medalı ilə təltif olunub.


18.10.2019-cu ildə AVMVİB Zəngilan rayon şöbəsinin sədri
Azad Musayev tərəfindən Fəxri Fərmanla təltif edildi.

Medalları və Fəxri Fərmanı bu gün AVMVİB Zəngilan rayon şöbəsinin sədr müavinləri Zakif Abbasov və Ənvər Qarayev Taleh bəyə təqdim etdilər.

Taleh bəyi təbrik edir işlərində uğurlar arzulayırıq!

AVMVİB Zəngilan rayon şöbəsi

Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: