TƏBRİK: MİRZƏYEV ZAUR XASAY OĞLU-60

Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidməti yolunu yolunu hərbi xidmətdə keçirən müharibə veteranı mayor Mirzəyev Zaur Xasay oğlunun 60 yaşı tamam olur.

   Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan mayor Zaur Xasay oğlu Mirzəyevi  doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.

Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Mirzəyev Zaur Xasay oğlu 1963-cü ildə  Ağdam rayonunun Papravənd kəndində anadan olub.

    1980 -ci   ildə 5  nömrəli   Kimya Biologiya  təmayüllü  məktəbi, 1990-cı  Latviya Respublikasının Riqa şəhərində  Ali hərbi siyası məktəbi bitirib .Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim- toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib

    1991-ci ilin oktyabr ayından 1992-ci ilin aprel ayına kimi  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şirin Mirzəyevin  Ağdam rayonunuda  yaratdığı könüllülər Əlahiddə taborunda müxtəlif vəzifələrdə xidmət edib.

   1992 may ayından 2001-ci ilin dekabr ayının sonunadək  Daxili    İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin  Ağdam, Ağdərə, Füzilli, Xətai rayonlarında yerləşən hərbi hissələrdə  tank böluk komandirinin müavini, tank böluk komandiri, Avtomobil və Zirehli texnika xidmətin rəisi, hərbi hissə komandirinin silah və texnika üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində isə Avtomobil və Zirehli texnika şöbəsində baş zabit vəzifələrində, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

    Azərbaycan Respublikasının  Ərazi bütövlüyü uğrunda  (Ağdərə, Ağdam, Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edib.

    O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqaladə vəziyət zamanı hüquqi rejimin tədbirlərin həyata  keçirilməsində , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-doyüs  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətlərə Görə» döş, yubiley və müvafiq idman  dərəcələri  nişanları ilə təltif olunub, pul mükafatları ilə,  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Döyüş  hazırlığındakı  əla xidmətlərə görə, təlimlərdə, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqlənməyə görə şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından müvafiq medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: