25.04.2024

Bu gün Beynəlxalq Əlillər Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib. Əlillik anadangəlmə, yaxud sonradan xəstəlik və ya hadisə nəticəsində yaranmış fiziki və ya əqli çatışmazlıqdır. BMT də əngəlli olan insanın tərifini verib: “Əlilliyi olan adam şəxsi və ictimai həyatda öz işlərini fiziki və ya ruhi cəhətdən, anadangəlmə və ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə bilməyən insandır». Bu insanların qarşısı yalnız bədənləri deyil, cəmiyyətləri tərəfindən də alınıb. Ona görə də BMT əlillərin “dünyanın yadlaşdırılmış adamları” arasında yer aldığını qeyd edir. Dünya Səhiyyə Təşkilatı bildirir ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, əlil insan və ailələrinin birgə çalışması sayəsində maneələrin öhdəsindən gəlmək mümkündür.

Təşkilat onu da bildirib ki, diabet, ürək və damar xəstəlikləri, xərçəng, əqli sağlamlığını itirmiş və bəzi xroniki problemlərin qlobal miqyasda çoxalması əngəlli insanların sayını artırır. Dünya əhalisinin sayı 7 milyarddan çoxdur ki, bunun təxminən 1 milyardı əlilliyi olan insanlardır. Bu rəqəm insanların 15 faizi deməkdir. Əlil insanların 80 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır ki, bunların 50 faizi səhiyyə xərclərini ödəyə bilmədiyi, yəni yoxsulluğu üzündən əngəlli olub. Dünyada 100 milyondan çox əlil uşaq var. 466 milyon eşitmə əngəli olan insanın 34 milyonu 15 yaşdan aşağı olan uşaqlardır. BMT əlilliyi olan insanların problemlərinə diqqət çəkmək üçün builki başlığı «Əngəlli fərdləri gücləndirmək: bütövlük və bərabərliyi təmin etmək” olaraq seçib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: