16.04.2024

Xəqani Rzaquliyev qəflətən vəfat etdi…

?????????????????????????????????????????????????????????

Onun itkisi doğmalarını, veteran qaziləri, jurnalist həmkarlarını çox göynədəcək. Xaqanımız həyatını türkün, türk birliyinin, Turanın təbliğinə həsr elədi. Doğma yurdun işğalı ilə heç zaman barışmadı, zəfərə hamıdan çox sevindi, amma… Ağdərəsini, Xatınbəylisini görmək qismət olmadı. Qarabağ savaşında yaralanmış canı, otuz il boyda dərddən üzülmüş ürəyi arzusuna qovuşacağı anı gözləməyə dözmədi.

…O, türkün, türk kimliyinin, tarixinin araşdırıcısı, bu mövzuda iki kitabın müəllifi idi. Tapıb üzə çıxardığı Turan həqiqətlərini istedadlı qələmi ilə dünyaya car çəkir, tribunalardan hayqırır, yarımçıq tarixçilərə dərs keçirdi.

Yolundan, əqidəsindən bir an belə dönmədi. Qarabağ savaşının iştirakçısına, əlilinə qarşı haqsızlığa dözməz, vəzifəsinə, tituluna baxmadan sözünü ədalətsizin şax üzünə çırpardı. Cürətli idi, yanımcıl idi, diri idi Xaqanımız.

Və sonda özünü türkə, türk dünyasına fəda etdi.

Yeni dərgahın mübarək, böyük türk, Turan sevdalısı, fədaimiz, şəhidimiz…

İmran Bədirxanlı

Birinci Qarabağ müharibəsinin veteranı, jurnalist, yazıçı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Xəqani Rzaquliyev (Ədəboğlu) noyabrın 24-də vəfat edib.

1963-cü il noyabrın 9-u Yuxarı Qarabağın Xatınbəyli kəndində (keçmiş Ağdərə rayonunun ərazisi) doğulan Xəqani Rzaquliyev Şuşa Pedaqoji Texnikumunu və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1992-ci il martın 12-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə ağır yaralanıb.

“Gənclik” jurnalının müxbiri və şöbə müdiri olub. “Fədai” və “Veteran” qəzetlərinin qurucularındandır. Bir neçə kitabın müəllifidir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: