“Cəbhədə Qarabağdan olan Rusiya “sülhməramlıları”nı müşahidə edirik” — UKRAYNALI GENERAL

“Rusiya peşəkar qoşunlarını itirib, artıq fevralın 24-də olan potensiala sahib deyil”.

Bu sözləri Ukrayna hərbçisi və ictimai xadimi, Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru, keçmiş sədr müavini Viktor Yaqun Ukrayna cəbhələrindəki vəziyyəti oxu.az-a şərh edərkən deyib:

“Moskva Kiyevə qarşı hücumun ilk dalğasına əsas qüvvələrini göndərməklə böyük səhvə yol verdi. Onlar belə şiddətli müqavimət gözləmirdilər və xüsusi təyinatlıların şəxsi heyəti arasında böyük itkilər verdilər. İndi bu boşluqları səfərbər edilənlərlə örtməyə çalışırlar, amma alınmayacaq. Taman, Pskov diviziyaları, dəniz piyadaları — bunlar Rusiya ordusunun brendləri idi, amma indi onlardan demək olar ki, heç nə qalmayıb.

Belə bölmələrin tərkibini bərpa etmək üçün illər lazımdır. Problem heç əsgərlərdə də deyil, bir il ərzində, hətta altı aya kadr yetişdirmək olar, amma zabitlər çatışmır. Pilotlar arasında da vəziyyət eynidir, onlar 10 ilə hazırlanırlar. Rusiyanın “Admiral Qriqoroviç” freqatı ilə bağlı vəziyyətə baxın. Gəmi təmir olundu, lakin onu ekipajla doldura bilmirlər, çünki dənizçilər gəmilərdən çıxarılaraq adi yem kimi Ukraynaya göndərilirdi.

Cəbhədə ya Gürcüstanın Sxinvali və Abxaziya bölgələrindən, ya Tacikistandakı hərbi bazadan, ya da Qarabağdan Rusiya “sülhməramlı”larını davamlı olaraq qeydə alırıq. Rusiya tədricən bu bölgələrdən ən “dəyərli kadrları” yığdı. Onlar əlbəttə ki, formalarında çox yaraşıqlı görünə bilərlər. Amma yaxından baxanda bu blefdir. Rusiyanın son 80 ildə barəsində danışdığı ordusu yoxdur. Onlar hətta normal qaydada parad keçirə də bilmirlər”.

Mənbə: Qafqaz.media 

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: