Güneyli fəallar İlham Əliyevə müraciət etdi

Güneyli milli fəallar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət yayıb.

Axar.az sözügedən müraciəti təqdim edir:

“Əziz və hörmətli Prezident İlham Əliyev,

Sizin də son zamanlarda vurğuladığınız kimi, Azərbaycan Respublikası xaricində yaşayan azərbaycanlıların çoxu Güney Azərbaycan türklərindən təşkil tapmaqdadır. Arazın cənubunda yaşayan Azərbaycan türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki «özü”nü nəsildən-nəsilə röyalarında, mahnılarında qoruyub saxlamışdır. «Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar» bayatısı hər bir azərbaycanlının beşikdən eşitdiyi laylası olmuşdur. Bu ayrılıq yarasının dərdi belə musiqi notları ilə birləşib sərhədləri aşıb dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük əzm və birliklə, 44 günlük vətən muharibəsi sonunda bütün azərbaycanlılara gələcəyin işıqlı olduğunu göstərmişdir.

Bu gün İranda baş verən hadisələr və rejim və onun müxalifətinin ortaya qoyduğu antitürk və antiazərbaycan siyasətləri hamıya aydındır.

Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində Cənubi Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı «Yar bizə qonaq gələcək» mahnısıdır. İnanırıq ki, bu həsrət tezliklə bitəcəkdir.

Hörmətli Prezident,

Bu doğrultuda Güney Azərbaycan türkləri ilə bağlı tarixi bəyanatlarınız və dəstəkləriniz üçün Güney Azərbaycanın milli aktivistləri olaraq Sizə öz təşəkkür və minnətdarlığımızı bildiririk.

Dr. Rıza Heyət

Dr. Əlirıza Abdullahi

Elyar Türkər

Dr. Babək Şahid

Elman Nuri

İlqar Ulusoy

Mehdi Nəimi

İsa Doğanlı

İbrahim Ramazani

Murtaza Muradpur

Sabir Zəmani

Nima Abbaspur

Hadi Qurbani

Səhər Abbaspur

Sara Abbaspur

Dr. Əhməd Həbibi

İmad Həzrəti

Dr. Ramin Abdullahzadə

Kürşad Yılmaz

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: