Əlilliyin qiymətləndirilməsi yerlərdə aparılacaq

“Gələcəkdə əlilliyin yerlərdə qiymətləndirilməsi tibbi qurumlarımızın hazırlıq səviyyəsindən asılıdır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əyani görüşlərin, kompleks qiymətləndirmələrin yerlərdə aparılması üçün Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirələr aparıblar: “Xəstəxanalar, tibbi qurumlar hazır olanda biz əlilliyin qiymətləndirilməsini yerlərdə də edə biləcəyik”.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: