ABŞ Ukraynaya bu pilotsuz təyyarələrini göndərməkdən imtina etdi – The Wall Street Journal

Ukrayna ABŞ-dan Grey Eagle MQ-1C pilotsuz təyyarələri almayacaq . ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, bu cür yardım münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

“The Wall Street Journal” qeyd edir ki, Konqres üzvləri Bayden administrasiyasını “Grey Eagle mq-1C” də daxil olmaqla, orta hündürlükdə olan silahlı dronları Ukraynaya verməyə çağırıb. Eyni zamanda, mənbələr bu məsələ ilə bağlı müsbət qərarın verilmədiyini bildiriblər.

“Bu, Kiyevin aylardır tələb etdiyi müasir silahlardan məhrum edir. Pentaqon “Grey Eagle mq-1C” pilotsuz təyyarələrinin verilməsinin münaqişəni gərginləşdirə biləcəyindən və Moskvaya ABŞ-ın mövqeləri hədəfə ala biləcək silahlarla təmin olunacağından ehtiyyat edərək bu tələbi rədd etdi.”, – məqalədə deyilir.

Mənbə: Alp.az

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: